03
июля
2016
10:45
Azərbaycanda 3,8 bal gücündə zəlzələ oldu
Bu gecə İmişli-Saatlı sərhədində zəlzələ baş verib.
May.Az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən bildirir ki, saat 2.58 radələrində İmişli - Saatlı sərhədində 3,8 maqnitudalı zəlzələ qeydə alınıb.
Zəlzələ ocağı 48 km dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.