23
января
2018
01:00
Tanınmış aparıcı yanğın zamanı binada olub
Bu gün Səbail rayonunda yerləşən yaşayış binasında baş verən yanğın zamanı tanınmış aparıcı Nurlana Cəfərova da içəridə olub.
Kult.az xəbər verir ki, bu barədə aparıcı sosial şəbəkədə qeyd edib.
"Yaşadığımız binada səhər 8-dən yanğın başladı. İnsanlar iri maşınların, polislərin səsinə oyanıb, pəncərədən böyük alovu və tüstünü görüb, bayıra qaçırdı. Hər kəsdən evi tərk etmələri xahiş olundu. Yanğınsöndürən maşınlar gəlib yerləşənədək, kranlar qurulanadək, alov daha da böyük vüsət alırdı. Əsən külək yanğına daha da güc verirdi. Bir sözlə, situasiya yaxşı deyildi. Biz bir neçə saatlıq belə bir kiçik fövqəladə hadisə yaşadıq. Bəs 90-cı ilin 20 yanvarında görəsən hansı hissləri yaşayırdı o çarəsiz, zavallı millətim? Unutmadıq!” – deyə o bildirib.
Qeyd edək ki, bu gün Səbail rayonunda, "Azneft" meydanı yaxınlığında dördmərtəbəli yaşayış binasının dam örtüyündə yanğın başverib.
Hadisə nəticəsində binanın 2000 kv.metr dam örtüyü yanıb.