Qurban Qurbanov: "Həm bizim, həm də rəqib üçün vacib matçdır"
İdman 888

Qurban Qurbanov: "Həm bizim, həm də rəqib üçün vacib matçdır"

Qurban Qurbanov: "Həm bizim, həm də rəqib üçün vacib matçdır"


Ağır oyuna hazırlaşırıq. Həm bizim, həm də rəqib üçün vacib matçdır. Hər şeyi başa düşürük. Rəqibin gücünü bilirik. Meydanda sona qədər və düzgün mübarizə aparmağa çalışacağıq. Bakıdakı son matçımızdır.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov noyabrın 22-də Çempionlar Liqasının qrup mərhələsinin V turunda İngiltərənin "Çelsi" komandasına qarşı Bakıda keçiriləcək oyunu şərh edərkən deyib.

45 yaşlı mütəxəssis Bakı Olimpiya Stadionunda təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.

- Pedro Enrikenin yerinə kimə şans verəcəksiniz? Dani Kintananın durumu necədir?
- Əlimizdə olan digər futbolçulardan yararlanmağa çalışacağıq. Pedro barədə düşünmürük. Daninin durumu isə oyuna qədər bilinəcək, vəziyyəti normaldır.

- Qışda heyəti gücləndirmək üçün müdafiəçi transfer edəcəksiniz? Əksəriyyəti yaşlıdır.
- Yaşa baxmıram. Mənim hər bir yaşlı oyunçum digərlərinə nümunədir. Hazırda yalnız sabahkı oyun barədə düşünürük.

- İbrahim Şehiçə güvənməkdə davam edəcəksiniz?
- Komandamda olan hər bir oyunçu mənim üçün önəmlidir. Onların hamısına güvənirəm. İki heyətlə oynamağa, klub kimi formalaşmağa bizə hələ uzun illər lazımdır.

- Komandanın 2 xal toplaması və Avropa Liqasına yollanmaq imkanı komandaya əlavə təzyiq yaratmır ki?
- Təzyiq həmişə olur. Bu, bir nömrəli turnirdir. Azarkeşlər daha yaxşı nəticə gözləyirlər. Təzyiq həmişə olur, normaldır. Lakin vəziyyəti də düzgün qiymətləndirməliyik. Biz "Çelsi"yə qarşı oynayırıq. Konte də deyib ki, bu görüş onlar üçün mövsümün ən önəmli oyunudur. Sabah layiqli oyun göstərməyə çalışacağıq. Bu komandanın nöqsanını görə bilmərsiniz. Meydanda düşünülmüş şəkildə hərəkət edirlər. Futbolçularıma güvənirəm. Rəqib oyunun gedişatında çox dəyişikliklərə əl atır. Biz üçüncü yer haqqında yox, məğlub olsaq belə azarkeşlərimizin razı getməsi barədə düşünürük.

Son xəbərlər