17
октября
2017
18:40
Telman İsmayılovun 1,4 milyardlıq otelinin suyu kəsildi- 2 milyonluq borca görə
Azərbaycanlı milyarder Telman İsmayılova məxsus "Mardan Palace Hotel"in suyu kəsilib.
BAKU.WS-in məlumatına görə, Antalya Su İdarəsi "World Travel Awards" tərəfindən 2010-cu ildə "Dünyanın Ən Lüks Oteli" olaraq seçilən "Mardan Palace Hotel"in təxminən 2 milyon lirəlik (932 min AZN) su borcuna görə 15 gün əvvəl otelə suyun verilişi dayandırılıb.
Qeyd edək ki, bundan öncə isə otelə verilən elektrik enerjisi kəsilmiş, daha sonra əldə olunan razılıq əsasında problem həll edilmişdi.
Xatırladaq ki, Azərbaycanlı milyarderin oteli 1,4 milyard dollarlıq "Mardan Palace" oteli 2009-cu ilin may ayında fəaliyyətə başlayıb. Möhtəşəm açılışa dünya ulduzları da qatılıblar. Onların arasında Meray Kerri, Riçard Gir, Paris Hilton, Şeron Stoun, Monika Belluçi, Tom Cons və başqaları da olub.
İş adamı oteli atasının şərəfinə adlandırmışdı. Otel üçün Misirdən 9 min ton qızılı qum gətirilib. Qumun özəlliyi ayaqları yandırmaması və sulu bədənə yapışmamasıdır.