07
июня
2017
14:24
Pərvin Abıyeva: "İstənilən oğlana özümə bacı dedirdə biləcək qızam"
Aktrisa Pərvin Abiyeva "Maşın-şou" haqqında təəssüratlarını bölüşüb.
Musavat.com saytının suallarına cavab verən aktrisa bildirib ki, proqramda ona qarşı haqsızlıq olub:
"Çoxları elə bilir ki, depressiyadayam, amma yanılırlar. Mən tez sağalan, tez düzələn insanam. "Maşın" şouda xoşagəlməz şeylər oldu. İstəyərdim ki, həqiqətlər üzə çıxsın. Yəqin, başları qarışıqdır. Ümid edirəm ki, həqiqətən aşkarlanacaq. Mənə qarşı haqsızlıq oldu. Hər kəs məni günahkar bilir. Əslində, qarşı tərəf günahkardır".
- Yaşananlardan sonra məhkəməyə müraciət etmək fikriniz var?
- Biz realiti-şouda müqavilə imzalamışıq. O müqaviləni oxumamışam. Amma mənə demişdilər ki, şərtlərə görə, iştirakçıların şəxsiyyətinə, ailəsinə toxunmaq olmaz. Ancaq o xanım (Səidə Sultan) mənim ailəmə toxundu, heç kəs onun cavabını vermədi. Müqavilədə bu qaydanı pozan 50 min manat dəyərində cərimələnəcəyi qeyd olunmuşdu. Məhkəməyə müraciət etmək fikrim yoxdur.
- Hazırda proqramda kimləri dəstəkləyirsiniz?
- Təranə Qumralla Oksana Rəsulovanı dəstəkləyirəm.
- Necə düşünürsünüz, sizdən sonra proqramın reytinqi düşüb?
- Mənim fikrimcə, Kənan gedəndən sonra proqramın reytinqi azalıb. Mən də baxmıram. Ətrafımdakılar da deyir ki, artıq maraqlı deyil. Çünki maraqlı insanlar oyundan çıxıb.
- Sizin Kənana "qardaş" deməniz, müzakirələrə səbəb oldu. Hətta sizə iradlar da bildirildi...
- Mən kimisə qardaş gözündə görürəmsə, o insan sağ olsun. Belə bir şərait yaradıb ki, rahatlıqla milyonların qarşısında ona qardaş deyə bilirəm. Kənanda sadiqliq, dostluq görmüşəm. Bizim bir-birimizi dəstəkləməyimizi qınayırlar. Amma əsl dost belə olar. Əvvəlcədən hamı bilməli idi ki, mən Kənanla bir olacağam. O insanın ailəsi mənim üçün çox doğmadır. Ona qardaş deməyim Kənanın verdiyi əminlikdən irəli gəlir. Mən istənilən oğlana özümə "bacı" dedirdə biləcək qızam. Geyimlərim sərbəstdir, o deməkdir ki, kimsə mənə bacı deyə bilməz?
- Proqrama qatıldığınız üçün peşman olmusunuzmu?
- Mən etdiyim heç nədən peşman olmuram. Olacağı vardı ki, oldu.
- Aktrisa Tunay Əliyeva sizin haqqınızda xoşagəlməz ifadələr işlətdi. Sizi 1000 manat adlandırdı. Dedi ki, Pərvin deyəndə, ağlına 1000 manat gəlir. Onun sözləri sizə necə təsir etdi?
- Mən o xanımı tanımıram. Elə bir aktrisanın varlığından xəbərim yoxdur. Yəqin, qıraqda paxıllıq edənlərdəndir. Niyə elə deyib, bilmirəm. Yəqin o işləri görəndə mənim yanımda olub.