26
апреля
2017
15:47
Özündən 28 yaş kiçik qızla evlənən polkovnik: "O, qız uşağıdır, heç vaxt toyu olmayıb"
Ehtiyatda olan polkovnik, Hərb Tarixi Muzeyinin rəhbəri Əzizağa Qənizadə toyu barədə danışıb.
BAKU.WS olke.az-a istinadən xəbər verir ki, 60 yaşlı polkovnik beşinci dəfə evlənməsi barədə yayılan xəbərləri təkzib edib:
"Xeyr, mən üçüncü dəfədir evlənirəm. Mən özüm boşanmamışam. Boşanma avtomatik olub. Biz uzun illər bir yerdə yaşamamışıq. Bu da məndən asılı olmayan səbəblər idi, müharibənin fəsadlarıydı. Ona görə biz yadlaşmışdıq və ayrıldıq. Üç oğlum var. Oğlanlarım yetkinlik yaşına çatıblar, birinin yaşı 30-u keçib".
Polkovnik bildirib ki, bu, onun sonuncu evliliyi olacaq:
"Bu artıq sonuncu evliliyimdir. İkinci dəfə evlənəndə də deyirdim ki, sonuncu dəfədir. Gülşən xanımı özüm seçmişəm, üç ildir bir yerdə çiyin-çiyinə işləyirik. Hər gün bir yerdəyik. İkinci dəfə boşanmağımın səbəbi o idi ki, bizi tanış eləmişdilər.
Onun ailəsi evliliyimizə razılıq verib. Toyumuzda da ailə üzvləri iştirak edirdilər. Mən toy eləməyə də bilərdim. Ancaq o qız uşağıdır, heç vaxt toyu olmayıb, gəlin paltarı geyinməyib. Ona görə də toy etməsəydim, onu mənə verməzdilər. Toyumuzda bütün adət-ənənələrə riayət olunub".
**
11:22
Müdafiə Nazirliyinin Hərb Tarixi Muzeyinin rəhbəri, polkovnik Əzizağa Qənizadə ailə qurub.
Lent.az-ın xəbərinə görə, bu, onun 4-cü evliliyi olub. Polkovnik Qənizadə muzeyin əməkdaşlarından olan Gülşən Hüseynova ilə evlənib.
Onu da bildirək ki, Ə.Qənizadənin 60, həyat yoldaşının isə 32 yaşı var.
Allah xoşbəxt eləsin!
Qeyd edək ki, polkovnik Ə. Qənizadə Əfqanıstan və Qarabağ döyüşlərinin iştirakçısıdır. O, 1992-1993-cü illərdə Qarabağ döyüşlərində tabor komandiri, 1993-cü ildə isə 701 saylı briqadanın komandiri olub.