Türkiyənin məşhur müğənnisi və aktyoru Özcan Denizin keçmiş həyat yoldaşı Feyza Aktan yarıçılpaq paylaşımı ilə diqqət çəkib. BiG.AZ Oxu.Az-ın istinadən xəbər verir ki Feyza çimərlik geyimindəki tətil fotosunu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, 2018-ci ildə nikah masasına oturan cütlük 15 ay evli qalıb. Onların bu münasibətdən Kuzey adlı oğlu var. Özcan Deniz keçmiş
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 174 yeni yoluxma faktı qeydə alınıb, 62 nəfər müalicə olunaraq sağalıb. BiG.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Son sutkada COVID-19-dan 3 nəfər vəfat edib.
Bu gün Azərbaycan Ordusunun hərbi qulluqçusu, general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin şəhid olmasının ikinci ildönümüdür. BAKU.WS xəbər verir ki, Milli Qəhrəman İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev atasının şəhadətinin 2-ci ildönümü ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. O, paylaşımında 2 il əvvəl şəhidlik zirvəsinə ucalan atasına xitab edib: "Sən daima
İyulun 15-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BiG.AZ-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-27° isti, gündüz 32-37° isti, Bakıda gecə 25-27° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək.
İyul ayının ikinci ongünlüyünün sonunadək bəzi rayonlarda isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 37-40°, bəzi yerlərdə 42-43°, dağlarda 30-33°-dək yüksələcəyi gözlənilir. Bu barədə BiG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd olunub ki, qərb küləyi arabir 15-18 m/s, 14-ü axşamdan 16-sı səhərədək və 17-si axşamdan 20-dək ayrı-ayrı yerlərdə
Çinin dizayn şirkəti olan "Zhongke Yuhang" mütəmadi olaraq orbitə turist göndərməyə imkan verəcək təkrar istifadə edilə bilən reaktiv daşıyıcı və kosmik aparatlar hazırlayır. Bu barədə "CAS Space"in təsisçisi Yan İçyan məlumat yayıb: "Kosmik texnologiyanın dinamik inkişafı ilə əlaqədar adi insanlar üçün kosmos turları artıq fantaziya deyil, reallığa çevrilir. Hər şey
Piylənmə və diabet sinir sistemi ilə beynin işini pozur. Bakupost.az xəbər verir ki, Cənubi Afrika universitetinin bir qrup nevroloqları qidasında çox miqdarda yağ olanların beyninin vəziyyətinin dəyişdiyini sübut ediblər. Onlar siçanlar üzərində apardıqları təcrübə sayəsində yağlı qidanın beyinə təsirini araşdırıb. Siçanlar 2 qrupa bölünüb. Birinci qrup 30 həftə ərzində yüksək yağlı qidalar