Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 30-cu ildönümü ilə əlaqədar ABŞ-ın Kaliforniya ştatının ikinci ən böyük şəhəri olan San Dieqo şəhərinin meri Tod Qloria xüsusi bəyannamə imzalayaraq, 18 oktyabr tarixini San Dieqo şəhərində “Azərbaycan Müstəqilliyinin Bərpası Günü” elan edib. Bu barədə "Report"a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib. Baş
Kürdəmirin Təklə kəndini rayon mərkəzi ilə birləşdirən əsas yolun asfalt örtüyünün olmaması bu yoldan mütəmadi istifadə edən yerli sakinlərin narazılıqlarına səbəb olub. Təklə kəndi Osmanlı imperiyasının ərazisində yaşayan, sonralar Qazi xanın başçılığı ilə Azərbaycana köç edərək 1540-cı ildə I Təhmasibin itaətini qəbul edən Təklə Mirzəbabanın burada məskən salması ilə Təklə kəndi salınıb.
Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının (MŞ) iclası keçirilib. "Report" bu barədə Azərbaycan İnvestisiya Holdinqinə istinadən xəbər verir. Məlumata görə, iclasda şirkətin "2035-ci ilə kimi Korporativ Strategiya"sı qəbul edilib. IV Sənaye İnqilabının (Sənaye 4.0) tələblərinə uyğun olaraq hazırlanmış yeni strategiya şirkətin qlobal, regional və yerli layihələrinin
HADİSƏ14 Oktyabr 2021 11:11MTN generalının məhkəməsinə jurnalistlər buraxılmayıb Azərbaycanın ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi general Şirinov Nizami Talış oğlu və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi üzrə məhkəmə iclası davam
Gürcüstanda ötən sutkada daha 4 212 nəfərdə koronavirus aşkarlanıb, 1 982 nəfər müalicə olunaraq sağalıb, 38 pasiyent vəfat edib. “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib. Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 649 407 nəfər yoluxub. Onların 607 563-ü sağalıb, 9 370-i dünyasını dəyişib.
Şirvanda dələduzluq etməkdə şübhəli bilinən rieltor saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Report"a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində vətəndaşların etibarından istifadə edərək dələduzluq yolu ilə zərərçəkənlərin pullarını ələ keçirən Şirvan şəhər
"Taliban"ın Əfqanıstanda qurduğu müvəqqəti hökumətin xarici işlər naziri Əmir Xan Mottakinin rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 14-də Türkiyəyə rəsmi səfər edəcək. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Əfqanıstan KİV-ləri məlumat yayıb. Bildirilib ki, səfər Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvət əsasında baş tutacaq. Görüşlərdə ikitərəfli
Filippinin şimalındakı Luson adasında tüğyan edən “Maring” ("Kompasu") qasırğa qurbanlarının sayı 19 nəfərə çatıb, daha 13 nəfər itkin düşmüş hesab edilir. “Report”un məlumatına görə, bu barədə yerli hakimiyyətə istinadən “CNN Philippines” telekanalı bildirib. Daha əvvəl bildirilib ki, Benqet əyalətində yağışlara görə torpaq sürüşmələri olub, geniş ərazilər daşqınlardan ziyan çəkib.
Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) polislə birlikdə ölkənin şərqindəki Van əyalətində keçirdiyi əməliyyat nəticəsində İranın casus şəbəkəsi ifşa edilib. Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir. Qeyd edilir ki, əməliyyat zamanı səkkiz nəfər, o cümlədən İranın xüsusi xidmət orqanlarının iki casusu saxlanılıb. Bildirilir ki, qrup üzvləri keçmiş İran hərbçisini
Türkiyədə ağır yol qəzası olub. “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə Nevşehirdə qeydə alınıb. Belə ki, 81 əyalətdən olan şagirdləri daşıyan avtobus qəzaya uğrayıb. Qəza zamanı 44 nəfər xəsarət alıb. Onlardan 39-nun şagird olduğu bildirilir. Yaralılar xəstəxanaya çatdırılıb. Onların həyatı üçün təhlükənin olmadığı bildirilir. Hadisə yerinə polis, xilasedicilər və təcili
Ermənistanda koronavirusa qarşı peyvənd zamanı kütləvi rüşvət və saxtakarlıq halları müəyyən edilib. "Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, "V.Abajyan adına Ailə Tibbi Mərkəzi" poliklinikasının bir qrup əməkdaşı 2021-ci ilin aprelindən bu günə qədər eyni tibb müəssisəsində qeydiyyatdan keçmiş 700-dən çox vətəndaşı peyvənd etməyib. Bunun əvəzində həmin
Bu səhər saatlarında yuxulu vəziyyətdə sərnişin avtobusuna çırpılaraq 5 nəfərin ölümünə səbəb olan yük maşınının 19 yaşlı sürücüsü Mahmud Əzizovun fotoları yayılıb. MAY.AZ Yeniavaz-a istinadən xəbər verir ki, Əzizov Mahmud Babagözəl oğlu Qobustan rayonunun Ərəbşalbaş kənd sakinidir. 2 il əvvəl tələbə adını qazanan 19 yaşlı Mahmud Əzizov qəza törətdiyi 99-DH-343 dövlət qeydiyyat nişanlı