SOCAR-ın "2035-ci ilə kimi Korporativ Strategiya"sı qəbul edilib
Afisa 393

SOCAR-ın "2035-ci ilə kimi Korporativ Strategiya"sı qəbul edilib


Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının (MŞ) iclası keçirilib.
"Report" bu barədə Azərbaycan İnvestisiya Holdinqinə istinadən xəbər verir.
Məlumata görə, iclasda şirkətin "2035-ci ilə kimi Korporativ Strategiya"sı qəbul edilib. IV Sənaye İnqilabının (Sənaye 4.0) tələblərinə uyğun olaraq hazırlanmış yeni strategiya şirkətin qlobal, regional və yerli layihələrinin inkişaf tendensiyalarını bütövlükdə əks etdirməklə, neft-qaz sənayesində gələcək fəaliyyətin koordinasiyasını, dəyər zəncirinin inteqrasiyasının əsas istiqamətlərini müəyyən etməklə yanaşı, istehsal tsiklinin rəqəmsallaşması, innovasiyaların dəstəklənməsi, kadr potensialının zənginləşdirilməsi kimi sahələrin dayanıqlı inkişafına istiqamətlənəcək. "2035-ci ilə kimi Korporativ Strategiya" SOCAR-a daha çoxşaxəli, diversifikasiya olunmuş investisiya portfeli qurmaq imkanı verəcək.
İclas iştirakçıları eyni zamanda MŞ-nın işinin təkmilləşdirilməsi və daha effektiv fəaliyyətin həyata keçirilməsi məqsədilə onun Koordinasiya Ofisinin yaradılması və həmin ofisə MŞ-nın üzvü Ruslan Əlixanovun direktor təyin olunması barədə qərar qəbul ediblər.
İclasda SOCAR-ın fəaliyyəti istiqamətində digər və cari məsələləri ilə bağlı da geniş müzakirələr aparılaraq müvafiq qərarlar qəbul olunub.
MŞ ölkə prezidentinin “Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” 23 yanvar 2021-ci il tarixli fərmanına əsasən yaradılıb.

Oxşar xəbərlər

Son xəbərlər