Xalq artisti Aygün Kazımovanın müğənni qızı İlqarə arıqlayıb. MAY.AZ xəbər verir ki, ifaçı yeni görünüşü ilə hər kəsi təəccübləndirib. O fotosunu İnstaqram səhifəsində paylaşıb. Artıq çəkisindən xilas olan İlqarə eyni zamanda saçlarını qısa kəsdirib. Qeyd edək ki, İlqarə əməliyyatla piylərini kəsdirmişdi. Daha sonra isə o, ciddi pəhriz saxladığını və idmanla məşğul olduğunu bildirib. Sözügedən
Azərbaycanda yumurtanın və toyuq ətinin qiyməti qalxıb. Yay mövsümünün əvvəlində 8-9 qəpiyə satılan yumurta indi 14-16 qəpiyə təklif edilir. Toyuq ətinin bir kiloqramı isə 6 manata (əvvəl qiymət 3 manat 80 qəpiklə 4 manat 50 qəpik arasında dəyişirdi) yüksəlib. Növbəti hansı qida məhsullarının qiymətində bahalaşma gözlənilir? Bir çox iqtisadçılar bu bahalaşmanın davam edəcəyini proqnozlaşdırır.
Gəncə hadisələri ilə bağlı saxlanılan şəxslərin müdafiəsi üçün ətraf rayonlardan vəkillər cəlb olunub. MAY.AZ apa-ya istinadən xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. A. Bağırov bildirib ki, Gəncə hadisələri zamanı vəkillər dövlətçilik mövqeyindən çıxış edib, bu hadisələri pisləyiblər: "Ancaq istənilən şəxs hüquqi müdafiə ilə təmin olunmalıdır. Gəncə
Xəbər verdiyimiz kimi, xalq artisti Nazpəri Dostəliyeva fəlsəfə doktoru elmi adını alıb. Onun "Azərbaycanın şərq və qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili” adlı dissertasiya mövzusu qənaətbəxş hesab edilib və fəlsəfə doktoru elmi dərəcəsi təsdiq olunub. MAY.AZ unikal.org-a istinadən xəbər verir ki, fəlsəfə doktoru elmi adını alan müğənnilərin
Bakıda qəsdən sağlamlığa ağır xəsarət yetirməkdə ittiham olunan 17 yaşlı Aytən Abbasovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. MAY.AZ teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub. Aytən Abbasova barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 1 il sınaq
Bakıda özünü 17-ci mərtəbədən atan 2000-ci il təvəllüdlü Nərgiz Vəliyeva barədə təfərrüat məlum olub. MAY.AZ xəbər verir ki, oxu.az-ın əməkdaşları hadisə baş verən yerdə olublar. Məlum olub ki, 2000-ci il təvəllüdlü Nərgiz Vəliyeva Yasamal rayonu, Ə.Əhmədov küçəsində yerləşən, "Şərur” MTK-ya məxsus 24 B saylı binanın 17-ci mərtəbəsindən özünü atıb. Hadisə baş verən binanın komendantı Toğrul
Xəbər verdiyimiz kimi, iyul ayının 3-də, saat 20:30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazova İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan atəş açılıb. İcra başçısı və mühafizəçisinə atəş açan şəxs 1983-cü ildə Gəncə şəhərində anadan olmuş Yunis Səfərovdur. Yunis Səfərovun vəkili Elman Ağayev MAY.AZ-a açıqlama verərək
Xəbər verdiyimiz kimi, xalq artisti Nazpəri Dostəliyeva elmi dərəcə alıb. Belə ki, onun "Azərbaycanın şərq və qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili" adlı dissertasiya mövzusu qənaətbəxş hesab edilib və fəlsəfə doktoru elmi dərəcəsi təsdiq olunub. Xalq artistinin elmi dərəcə alması sosial mediada və şəbəkələrdə heç də birmənalı qarşılanmayıb
Türkiyənin yeni SOM raket kompleksinin ilk dəfə Azərbaycan ordusunun silahlanmasına daxil olması onu deməyə əsas verir ki, Ankara bütün müasir hərbi texnikaları məhz Bakıya idxal edəcək. MAY.AZ xəbər verir ki, bu fikirləri oxu.az-a açıqlamasında azərbaycanlı hərbi ekspert Üzeyir Cəfərov Türkiyədə “Hurjet” təlim təyyarəsinin maketinin nümayişini şərh edərkən deyib. Onun sözlərinə görə, bu,
Prezident İlham Əliyev "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunu imzalayıb. MAY.AZ xəbər verir ki, bu qanun əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan
Türkiyədə özünü din xadimi kimi təqdim edən və cinayətkar təşkilata başçılıq etdiyi üçün həbs edilən Adnan Oktar məhkəmədə verdiyi ifadəsində ittihamları qəbul etməyib. Geniş dost qrupu olduğunu deyən Oktar ləqəb istifadə etdiyini, ancaq kod adı olmadığını bildirib. MAY.AZ publika.az-a istinadən Adnan Oktarın ifadəsini təqdim edir: “Türk polisinə qarşı iddia edildiyi kimi fikrim olmadığını bəyan
Kondisionerlərdən istifadə edilməsi insanları vaxtından əvvəl ölüm təhlükəsi ilə qarşı-qarşıya qoya bilər. MAY.AZ axar.az-a istinadən xəbər verir ki, bu barədə Viskonsinsk Universitetinin alimləri bildirib. Məlumata görə, qlobal istiləşmə səbəbi ilə insanlar getdikcə kondisionerlərdən daha çox istifadə etməyə başlayacaqlar. Bunun nəticəsində isə çirklənmiş havanın səviyyəsi yüksələcək və bu da