Tech-Tech xanımlar mükafatlandırılacaq
Tech-Tech Xanım Azərbaycan xanımların İT üzrə bilik və bacarıqlarını artırmaq üçün bir sıra işlər həyata keçirir. Məlumat verdiyimiz kimi müraciət edən 150-dən artıq xanımdan 30 nəfər seçilib və son iki ay ərzində xanımlara peşəkar mütəxəssislər - Ramin Orucov, Anar Qocayev, Səfər Səfərov və Fərhad Kərimov tərəfindən Software, Database, Network və Server əsaslarını öyrədən kurslar keçirilib.