Samsungdan yeni telefon - Galaxy S8 və S8+ - VİDEO/FOTO
Texnologiya 1 049

Samsungdan yeni telefon - Galaxy S8 və S8+ - VİDEO/FOTO

Samsungdan yeni telefon - Galaxy S8 və S8+ - VİDEO/FOTO


"Samsung” kompaniyası yeni flaqmanı olan Galaxy S8 və S8+ modellərini təqdim edib. Model təqdim olunmadan çox öncə çoxsaylı xəbər sızıntılarından onun haqqında hər şey məlum idi. Əgər ötənilki flaqman S7 S6-nın təkmilləşdirilmiş variantı idisə, S8 və S8+ tam fərqli məhsuldur.

BAKU.WS RePost.Az-a istinadən xəbər verir ki, üç il davam edən "eksperimentlərdən” sonra Samsung flaqman cihazlarda sadə düz ekranların yerləşdirilməsinin doğru olmadığı qərarına gəldiyi üçün həm S8 həmdə S8+ kənarları içəriyə doğru əyilmiş ekranla təchiz olunub. Məhz buna görə də artıq böyük model olan S8+ un adından "EDGE” sözü silinib.

Bundan əlavə samsung bu il ekranların ölçüsünü də böyüdüb. Belə ki, S8 modelində bu ölçü 5.8, S8+ modelində isə 6.2 düymə çatdırılıb. Həmçinin ekranın kənarlarının nisbəti standart 16:9 dan 18:9 a qədər böyüdüb. Bu isə onunla əlaqədardır ki Samsung bu dəfə firmanın bütün smartfonlaırnda görməyə alışdığımız "evə” fiziki düyməsi və iki sensor düymələrdən imtina edib.
Samsungdan yeni telefon - Galaxy S8 və S8+ - VİDEO/FOTO

Belə seçim isə öz növbəsində barmaq izi sensorunun cihazın arxasında, kameranın sağında yerləşməsinə səbəb olub. Samsung bütün bunları ekranın kənarlarındakı çərçivələrin kiçildilməsi üçün edib. Şirkət barmaq izi sensorunun cihazın arxasında yerləşməsindən narahat olan istifadəşilər üçün smartfonun önündə göz bəbəyi skaneri yerləşdirib.

Samsung bu ilin "dəbi” olan ekran ətrafı çərçivələrin kiçildilməsinə riayət eləsə də, digər bir "dəb”dən, 3.5 mm-lik qulaqcıq yuvasından imtina etməyib.

Hər iki cihaz 2960*1440 piksellik SuperAmoled ekranla təchiz olunub. 4GB olan əməli yaddaşın həcmini dəyişməz saxlayan Samsung istifadəçilərə 64 GB daimi yaddaşı əlavə kart vasitəsiylə artırmaq imkanı da verir. Smartfonların "hərəkətə gətirilməsinə” 8 nüvəli 64 bitlik Qualcomm Sapdragon 835 və ya Samsung Exynos 8895 prosessoru cavabdehdir. Hər iki smartfonda 12 Mp 1.7 aperturalı Dual Pixel texnologiyalı kamera quraşdırılıb. Ön kameranın ölçüsü 8 Mp-dir və avtofokusu vardır.
Samsungdan yeni telefon - Galaxy S8 və S8+ - VİDEO/FOTO


Samsung Galaxy S8 də 3000 mAs, S8+ da isə 3500 mAs həcmində batareya quraşdırılmışdır. Hər iki smartfon İP 68 qoruma standartına cavab verir.
Cihazların 1600 və 1800 manatdan başlayan qiymətlərlə satışa çıxacağı güman olunur.



Son xəbərlər