Bakıda bu meyvə 2 dəfə bahalaşdı
İqtisadiyyat 1 002

Bakıda bu meyvə 2 dəfə bahalaşdı

Bakıda bu meyvə 2 dəfə bahalaşdı


Bakıda bananın qiyməti 2 dəfə qalxdı. BAKU.WS "EcoFin"ə istinadən xəbər verir ki, Novruz bayramından bir ay öncə təxminən 1,50-1,70 qəpiyə təklif olunan banan hazırda iki dəfədən çox bahalaşaraq 3,50-dən baha satılır.

Məlum olub ki, "Bolmart” supermarketlər şəbəkəsində 3,55 manat, "Bazarstore”da 3,60 manat, "Yaşıl bazar”da isə 3,50-3,70 manata satılır.

Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına görə, ötən il Azərbaycana Kosta Rika və Qvatemaladan 21,5 min ton - 2015-ci ildəkindən 10 faiz çox banan gətirilib. 2016-cı ildə 1 kq banan 93 sentə (təxminən 1,50 manat), bir il əvvəl isə 83 sentə - o vaxtkı məzənnə ilə 90 qəpiyə rəsmiləşdirilib.

Bayram günləri olduğundan məsələ ilə bağlı İqtisadiyyat Nazirliyinin, o cümlədən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin mövqeyini öyrənmək mümkün olmayıb.

Oxşar xəbərlər

Son xəbərlər