22
апреля
2022
02:11
İlkinin kamera yoldaşı: "Nərmini öldürdüyünü mənə etiraf etdi"
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
"Report"un Qərb bürosunun məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda İ.Süleymanovun saxlanıldığı istintaq təcridxanasındakı kamera yoldaşı Rəvan İsmayılov şahid qismində ifadə verib.
O bildirib ki, İ.Süleymanov N.Quliyevanı öldürdüyünü etiraf edib: "Fevral ayı idi. Kamerada bizdən başqa heç kim yox idi. Birdən İlkin mənə yaxınlaşaraq Nərmini öldürdüyünü etiraf etdi. Mənə deyirdi ki, hadisəni törədib, lakin 10 yaşlı Nərmini hansı səbəblə qətlə yetridiyini demədi".
Məhkəmə prosesində təqsirləndirilən şəxsin vəkillərinin verdiyi sualı - İlkin onunla birgə təcridxanada olan digər üç nəfərə cinayəti törətmədiyini deyib. Həmin şəxslər bunu öz ifadələrində deyiblər. Necə olur ki, İlkin digər üç nəfərə belə bir etiraf etmədiyi halda sizə Nərmini qətlə yetirdiyini etiraf edib?
R.İsmayılov isə buna əsaslı cavab verə bilməyib və əlavə edib ki, İlkin etiraf edən zaman kamerada ikisindən başqa heç kim olmayıb.
Növbəti məhkəmə aprelin 22-nə təyin olunub.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.