Stres zamanı bunları edin - Həkim AÇIQLADI
Maraqlı ve Meslehetli 228

Stres zamanı bunları edin - Həkim AÇIQLADI


Psixoterapevt Sergey Oblojko "Sputnik" radiosuna müsahibəsində stress aclığının qarşısını almaq üçün ideal üsul təklif edib.
Rusiya mətbuatı xəbər verir ki, onun sözlərinə görə, artıq çəkili insanların təxminən 20-30 faizi stress aclığına meyllidir. O qeyd edib ki, çox vaxt insanlar ac olduqları üçün deyil, vəziyyətini dəyişmək, yəni dincəlmək, yuxuya getmək və s. üçün yemək yeyirlər.
"Təəssüf ki, beynimiz yağ, şəkər, glutamat və ya duz olan qidalara xüsusi reaksiya verir. Hər kəs stress zamanı yeməkdən tamamilə imtina edə bilməz. Stressi idarə etməyi öyrənməlisiniz ki, artıq çəki almayasanız, həm də beyin bundan həzz alsın. Məsələn, pektinli kompot içmək olar. Bu maddə mənfi qidalandırıcı təsirə malikdir, yemək istəyini boğur. Beləliklə, bir daşla iki quş öldürəcəyik, çünki o, həm dadlıdır, həm də yemək istəyini boğur", - psixoterapevt bildirib.
Mütəxəssisin fikrincə, insan yüksək səviyyədə stress fonunda yemək istəyi ilə və fizioloji aclığı ayırd etməyi öyrənməlidir. O, qeyd edib ki, ikinci halda, müəyyən qidalara xüsusi iştah yaranır, məsələn, qəzəbli, inciklik və ya yorğunluq zamanı. Həkim əlavə edib ki, stress aclığı anlarında sağlam məhsullara üstünlük vermək daha yaxşıdır./publika.az

Son xəbərlər