17
апреля
2022
10:28
Hər gün içdiyimiz çay bu 7 XƏSTƏLİYƏ ÇARƏDİR
Çayın bir çox faydalı xüsusiyyətləri var. Bəzi xəstəliklər və pozulmalar zamanı çay əsl müalicəvi vasitə kimi istifadə oluna bilər:
BiG.AZ saglamolun-a istinadən bildirir ki, təzyiqin enməsi zamanı kofeinlə zəngin olan çay çox yaxşı kömək edir, təzyiqi qaldırır.
- Çay saçların tökülməsini azaldır. Bu məqsədlə saçları yuduqdan sonra təzə çay dəmi ilə yaxalayın.
- Çay ayaqların həddindən artıq tərləməsi və ayaq qoxusu zamanı yaxşı kömək edir. Bu məqsədlə çay dəmi ilə ayaq vannaları etmək lazımdır.
- Çay baş ağrısı və miqren zamanı ağrını azaldır, xəstənin vəziyyətini yaxşılaşdırır.
- Damaqların qanaması zamanı çayla qarqaralar çox effektlidir.
-Göz yorğunluğu zamanı çayla islatmalar yaxşı kömək edir.
- Çayın xərçəng əleyhinə xüsusiyyətləri bir çox elmi araşdırmalar zamanı sübut olunub.