Televiziya çox baxanlarda ölüm riski – 8 illik araşdırmanın şok nəticələri
Sağlam ol 237

Televiziya çox baxanlarda ölüm riski – 8 illik araşdırmanın şok nəticələri

Ürək problemi riski televiziya qarşısında oturanlarda daha çoxdur. Bu nisbət oturaq işləyənlərdən qat-qat yüksəkdir.
BiG.AZ medicina-ya istinadən xəbər verir ki, bu barədə "Live Science" məlumat dərc edib.
ABŞ-ın Kolumbiya universitetinin elm adamlarının apardığı araşdırmada məlum olub ki, uzun müddət TV qarşısında oturanlarda erkən ölüm riski və kardioloji problemlər meydana gəlir. Araşdırmada məlum olub ki, gündə 4 saat oturaq televiziya izləyənlər, 2 saat TV-yə baxanlardan 50% daha çox risk daşıyır.
Mütəxəssislər bu tədqiqatlar üçün 8 il ərzində 3 min 592 nəfər müşahidə altında saxlayıblar. Erkən ölüm riskinə təkan verən amillərdən biri də oturaq vəziyyətdə televizora baxarkən yemək yenə vərdişidir.
Araşdırma komandasının rəhbəri Keith Diaz deyib: "Peşənizdən dolayı oturaqsınızsa heç olmasa evdə oturmayın. Bu sizi sürətlə ölümə doğru aparır".

Oxşar xəbərlər

Son xəbərlər