16
февраля
2022
15:25
Nəcməddin Sadıkov qəzaya düşdü - FOTO - YENİLƏNİB
Bakı Şəhər Dövlət Yol Polis İdarəsi Azərbaycan Silahlı Qüvvələrinin sabiq Qərargah rəisi, ehtiyatda olan general-polkovnik Nəcməddin Sadıkovun qəzaya düşməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib.
İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, "Toyota Land Cruiser" markalı, 90-AS-020 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə 07.01.2022-ci il tarixində yol-nəqliyyat hadisəsi qeydə alınıb:
"Təqsirli bilinən vətəndaş Sadıkov Nəcməddin Hüseyn oğluna İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə uyğun olaraq, protokol tərtib olunub. Hadisə sənədləşdirilib. Qarşı tərəfə dəyən ziyan ödənilib".
Qeyd edək ki, bu gün bəzi saytlarda N.Sadıkovun şəhər ərazisində qəza törətməsi barədə məlumat yayılıb.
13:47
Azərbaycan Silahlı Qüvvələrinin sabiq Qərargah rəisi, ehtiyatda olan general-polkovnik Nəcməddin Sadıkov Bakıda qəza törədib.
BiG.AZ-ın Bakupost.az -a istinadən verdiyi məlumatına görə, hadisə dünən Mikayıl Müşfiq küçəsi, 10-da baş verib.
Belə ki, "Land Cruiser" markalı, 90 AS 020 nömrəli avtomobili idarə edən N. Sadıkov qarşıdakı "Toyota Prius" markalı maşını vurub.
Həmin avtomobil də qabağındakı digər maşına çırpılıb.
Hadisə yerinə Dövlət Yol Polis əməkdaşları gəlib.
N. Sadıkov sonradan hadisə yerinə öz köməkçisini çağırıb.
Şahidlərin sözlərinə görə, o, maşından 10 min dollar pul götürərək köməkçisinə verib və dəyən ziyanın ödənilməsi ilə bağlı tapşırıq verib.
Qeyd edək ki, aylardır N. Sadıkovla bağlı ağır ittihamlar səsləndirilir, amma o ittihamlara reaksiya verməyib.