Среда
фев 16

Sabah hava necə olacaq?

Azərbaycanda fevralın 17-də gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən MAY.AZ-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər saatlarında zəif duman, çiskin olacaq. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-4° isti, gündüz 7-9° isti olacaq. Bakıda gecə 2-4° isti, gündüz 7-9° isti olacaq.
Atmosfer təzyiqi 770 mm civə sütunundan 765 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.
Tibbi-meteoroloji proqnoz
Fevralın 17-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında
Əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-5° şaxta olacaq.

Комментарии (0)

Оставить комментарий