25
декабря
2021
04:21
Şaxtalı havada baş ağrısının səbəbi açıqlandı
Şaxtalı havada baş ağrısına səbəb dərinin həssaslığıdır.
MAY.AZ Oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı nevroloq və neyrofizioloq Aleksandr Budik bildirib.
Onun sözlərinə görə, insan isti müəssisədən soyuq yerə çıxarkən qəfil baş ağrısı başlaya bilər, ancaq bunun beyin damarlarının vəziyyəti ilə heç bir əlaqəsi yoxdur.
"Beynin damarlarının özünəməxsus, xüsusi tənzimlənməsi var. Üst, sistolik qan təzyiqi 200-ə yüksələnə qədər, beyində qan axını sabitləşdirən sistemlər adekvat işləyir və soyuqda da damarlara heç bir şey olmur. Yalnız bu göstəricidən yuxarı halda requlyasiya pozulur və baş ağrısı yüksək qan təzyiqi ilə əlaqəli olur", - deyə həkim izah edib.
O, soyuq havada baş ağrısının dəri reseptorlarının həssaslığından asılı olduğunu deyib.
"Əgər həssaslıq yüksəkdirsə, reseptorlar soyuqda çox qıcıqlana bilər. Bunun qarşısını almaq üçün sadəcə papaq taxmaq lazımdır", -deyə nevroloq bildirib.
O, konkret baş ağrısından da danışıb:
"Soyuq bir şey, məsələn, dondurma yeyəndə baş ağrısı ola bilər. Belə ki, ağızdakı həssas sonluqlar o qədər qıcıqlanır ki, baş ağrısı başlayır, bu xüsusi bir simptomdur", - deyə o bildirib.