22
февраля
2017
12:10
Günün qoroskopu - 22 fevral
Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik.
Qoç - işlərinizə ailə-məişət qayğıları da əlavə olunacaq. Ən önəmli məsələni həll etməyə çalışın, ikinci dərəcəli problemlərin həllini bir müddətlik təxirə salın. Mühüm problemin effektiv həllini tapın.
Buğa - səhhətinizə diqqət yetirin. Əsəbi və fiziki yorğunluğa imkan verməyin, münaqişəli situasiya yaratmayın.
Əkizlər - yanınızda sizi anlayacaq, problemlərinizi bölüşəcək, yaşamınızda baş verənlərə görə məsuliyyətin bir hissəsini qəbul edəcək insan olarsa, işlərin axarı daha da asanlaşacaq. Xərclərə nəzarət edin. Alış-verişdə diqqətli olun.
Xərçəng - ciddi və önəmli məsələlərlə bağlı ünsiyyətin mühüm olduğu gündür. Gərəkli insanlarla görüşün, yazışmada passivlik etməyin. Bu gün eşidəcəyiniz xəbərlər sizi qıcıqlandıra bilər.
Şir - alacağınız xəbərlərin arasında sizi daha aktiv edəcək, hərəkətə gətirəcək məlumat da olacaq. İrimiqyaslı iş və ya yeni layihə ilə bağlı planlar qurmayın.
Qız - dəyişən situasiyaya vaxtında reaksiya verin. Ailədəki problemlərdən biri üzə çıxacaq. Müəyyən məsələ ilə bağlı sürətli və qəti qərar qəbul etmək gərəkdir.
Tərəzi - yerdəyişmələrin intensivliyini azaldın. Gərgin durum qəza və travma risklərini artırır. Hər vədə şirniklənməyin, soyuqqanlı və məntiqli olun.
Əqrəb - aktiv, gərgin gündür. Məntiq və zərurət çərçivəsində davranın. Kollektivdə xırda problemlər və detallarla bağlı yaranmış təlaşı dəf edin. Gerçəkdən də, mühüm məsələdən diqqəti yayındırmayın.
Oxatan - emosiyalarla hisslərdə qarışıq dövr başlanacaq. Sevdiyiniz şəxs və sizə yaxın olan insanlarla münasibətləri qoruyun.
Oğlaq - kimsənin yoluna keçməyin. Ağır vəziyyətə düşərək yardım istəyən insana dəstək verin. Maliyyə məsələlərində diqqətli olun. Bədxərclik etməyin.
Dolça - münaqişəli situasiyanın mərkəzində ola bilərsiniz. Sizə qarşı sərt və yetərincə aqressiv təzyiq cəhdləri olacaq. Bu səbəbdən də məşğuliyyət, fəaliyyət və ünsiyyət dairəsini seçəndə diqqətli olun.
Balıqlar - çox mürəkkəb problemi həll etməli olacaqsınız. İmpulsiv davranmayın, birmənalı olmayan vəziyyətdə bir qədər fasilə edin.//milli.az/