Tibb işçisi 4 xəstəyə iynəylə hava vuraraq ÖLDÜRDÜ
Dünya 333

Tibb işçisi 4 xəstəyə iynəylə hava vuraraq ÖLDÜRDÜ

ABŞ-ın Texas ştatında 37 yaşlı tibb işçisi Uilyam Devis 4 xəstəni öldürməkdə ittiham olunur.
MAY.AZ xəbər verir ki, bu barədə "New York Post" yazır.
Belə ki, 2017-ci ildə xəstəxanada tibb içşisi kimi çalışan Devis reanimasiya şöbəsində təkbaşına növbədə qaldığı zaman ürək əməliyyatı keçirən 4 kişinin damarlarına iynəylə hava yeridərək öldürüb.
Əməliyyatdan sonra xəstələrin vəziyyəti stabil olub, lakin bir müddət sonra onlarda insult əlamətləri müşahidə olunub. Tomoqrafiya zamanı isə xəstələrin dördünün də beynində anomal arterial boşluqların olduğu üzə çıxıb.
İllər öncə baş verən cinayətlə bağlı məhkəmə prosesi hələ də davam edir.
"Sən demə, xəstəxana seriyalı qatil üçün əla məkandır", - deyə prokuror Smit məhkəmədə bildirib.
Devisin vəkili isə, öz növbəsində, iddiaların yalan olduğunu deyərək, ürək əməliyyatından sonra bir çoxlarının insult keçirdiyini sübut etməyə çalışır.

Son xəbərlər