06
мая
2021
11:36
Sevgili olduqlarını etiraf etdi
Türkiyəli aktrisa Hande Erçel həmkarı Kərəm Bürsin ilə sevgili olduqları barədə ilk dəfə danışıb.
MAY.AZ xəbər verir ki, aktrisa müxbirlərin "Münasibətiniz xeyirli olsun" sözlərinə belə münasibət bildirib:
"Təşəkkür edirəm, hər şey çox gözəl davam edir".
O, "Kərəm Bürsin Amerikadadır" sualına isə "Yox buradadır, çəkilişlərimiz başlayıb" deyə, cavab verib.
Qeyd edək ki, "Sen çal kapımı" serialında birgə rol alan cütlük Maldivdə istirahətindən qayıdarkən hava limanında əl-ələ görüntülənmişdi./Axşam.az