Metro martın 1-də açılır? - RƏSMİ AÇIQLAMA
Xeberler 528

Metro martın 1-də açılır? - RƏSMİ AÇIQLAMA


Azərbaycanda gündəlik koronavirusa yoluxma sayı azalmaqda davam edir. Belə ki, fevralın 17-də koronavirus (COVID-19) infeksiyasına 154 yeni yoluxma faktı qeydə alınıb, 165 nəfər müalicə olunaraq sağalıb, 3 nəfər isə "COVID-19"dan vəfat edib. Yoluxanların sayı azaldığına görə martın 1-dən metronun açılacağı ilə bağlı iddialar səsləndirilir. Martın 1-də metro açıla bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metronun açılması ilə bağlı rəsmi qərar hələki, yoxdur:
"Hazırda əvvəlki qaydada fəaliyyətimizi davam etdiririk. Bununla bağlı qərar vermək Operativ Qərargahın səlahiyyətindədir. Pandemiya ilə bağlı vəziyyət Operativ Qərargah tərəfindən qiymətlənidirilir. Bu sırf texniki məsələlərlə bağlı qiymətləndirmə deyil. Metronun açılması ilə bağlı qərar vermək bizim səlahiyyətimizdə olmayan məsələdir. Biz də sizin kimi Operativ Qərargahın qərarını gözləyirik. Bilirsiniz ki, karantin rejimi aprelin 1-nə kimi uzadılıb. Bu uzadılma avtomatik olaraq bizə də şamil edilir. Çünki uzadılma qərarında metro xüsusi bəndlə qeyd edilir. Bu isə o deməkdir ki, metronun açılması Operativ Qərargahın verəcəyi əlavə qərardan asılı olacaq".

Oxşar xəbərlər

Son xəbərlər