Xəzər TV qalmaqallı video ilə bağlı açıqlama verdi
Sosial 1 025

Xəzər TV qalmaqallı video ilə bağlı açıqlama verdi

Xəzər TV qalmaqallı video ilə bağlı açıqlama verdi


Sosial şəbəkələrdə və "Youtube"da "Xəzər TV”nin "5/5” verilişində aparıcı Zaur Kamalla müğənni Damla arasında xoşagəlməz dialoqun yaşanması ilə bağlı yayılan video görüntülərə dair Xəzər TV açıqlama verib.

BAKU.WS xəbər verir ki, saytımıza göndərilən açıqlamada deyilir: Verilişin sözügedən buraxılışı yanvar ayının 5-də efirə gedib. Ancaq həmin dialoq efirə buraxılmayıb. Lakin sosial media və bəzi saytlarda sözügedən dialoq efirdə yayımlanmış kimi qələmə verilib.

""Xəzər TV”nin efirində belə bir dialoq yayımlanmayıb və televiziyamız "Ailəmizin və ailənizin Xəzəri” devizinə uyğun olaraq efir siyasəti aparır.

Buraxılışın efirə verilməsindən üç həftə sonra mövzunun gündəmə gətirilməsini "Xəzər TV”nin nüfuzunun gündən-günə artmasından kimlərinsə narahat olması kimi qiymətləndiririk.

Xatırladaq ki, "5/5" verilişində efirə getməyən qalmaqallı kadrlar sosial şəbəkə və Youtube videoportalına yüklənib. BAKU.WS sosial şəbəkə və Youtube-a yüklənmiş həmin kadrlardan xəbər hazırlamışdı.

Aynur Ələkbərova

Son xəbərlər