29
января
2021
16:46
"WhatsApp"dan növbəti YENİLİK
Gizliliyin paylaşılması qərarından sonra dünya miqyasında sərt tənqidlərə məruz qalan Vatsap tətbiqindən gələn daha bir həmlə təşviş yaradıb.
BiG.AZ xəbər verir ki, şirkət tətbiqin veb və kompüter versiyasına yeni özəllik əlavə edib.
Belə ki, istifadəçilər tətbiqi yeni başqa bir kompüterdə açmaq üçün biometrik təsdiq seçimindən istifadə etməli olacaq.
Telefonların xüsusiyyətinə görə dəyişən bu yeni "təhlükəsizlik təbəqəsində" istifadəçilər barmaqizi və ya üztanıma sistemindən keçməli olacaq.
Yəni bu günə qədər QR kod oxudaraq Vatsap Vebi aça bilən istifadəçilər barmaqizi və ya üztanıma əlavə edə biləcəklər.
Yeni 2 təhlükəsizlik təbəqəsi əlavə edildikdən sonra QR kod oxutma təkbaşına işləməyəcək.
Tətbiqin yenilikləri istifadəçilərin sərt reaksiyasına səbəb olub. Belə ki, yeniliklə şirkətin barmaqizi və biometrik üz formalarını müxtəlif tərəflərə ötürəcəyi düşünülür./Publika.az