15
января
2021
15:41
1 stulla fit qalın
Evinizi idman zalına çevirmək çox vaxt və maliyyə tələb edir. Lakin bu o demək deyil ki, evdə idmanla məşğul ola bilməzsiniz, hətta 1 stulla da effektli məşq etmək mümkündür.
Bədəninizin üst hissəsini işlətmək üçün yuxarıya doğru jim etmək əla seçimdir. Bu hərəkətdə əllərinizi stulun yan tərəfinə, qollarınızı stulun üstünə və ayaqlarınızı yerə qoyun. Beləliklə, bədəniniz yerdən 30 dərəcə yuxarı qalxacaq. Bu şəkildə normal jim edirmiş kimi özünüzü yuxarı qaldırın.
Bu hərəkətin tərsi də üst bədən üçün idealdır. Bu dəfə ayağınızı stulun üzərinə, qollarınız və gövdənizi isə yerə yaxın yerləşdirin. Aşağıya doğru jim hərəkəti çiyin və sinə əzələlərini işlədir.
Bir digər hərəkətdə ayaqlarınızı önünüzə uzadın, əllərinizi isə arxanızdakı stula qoyun, bu şəkildə aşağı - yuxarı hərəkət edin və qamətinizi düz tutduğunuzdan əmin olun.
Növbəti məşq xüsusilə, alt bədən üçün nəzərdə tutulub. Hərəkəti etmək üçün dik durub bir ayağınızı arxadakı stulun üzərinə qoyun və yerdə olan ayağınızın üzərinə çöməlin. Hərəkətin effektliliyi üçün çəki daşlarını da məşqə əlavə edə bilərsiniz.
Son hərəkət üçün möhkəm stul seçdiyinizdən əmin olun. Çünki bütün ağırlığınızla stulun üzərinə qalxıb düşəcəksiniz. Əvvəlcə bir ayağınızı stulun üzərinə qoyun, sonra digərini də qaldırın, eyni ardıcıllıqla ayaqlarınızı aşağı salın. Hərəkət asan kimi görünsə də, dəfələrlə təkrar edəndə çətinləşəcək. Ayaq əzələlərinizi möhkəmləndirmək üçün çəki daşlarından da istifadə edə bilərsiniz.