Türkiyədə COVİD-19-u 10 saniyəyə təyin edən cihaz hazırlanıb
Sağlam ol 559

Türkiyədə COVİD-19-u 10 saniyəyə təyin edən cihaz hazırlanıb


Türkiyəli alimlər insanın koronavirusa yoluxub-yoluxmadığını bir neçə saniyə ərzində müəyyən edən cihaz hazırlayıblar.
Bu barədə Bilkent Universitetindən məlumat verilib.
Virusun mövcudluğunu müəyyən etmək üçün ağız boşluğunun selikli qişasından nümunə götürülür, sonra xüsusi bir maye ilə qarışdırılır və cihaza yerləşdirilir. Test müsbət nəticə verərsə, cihaz rəngini dəyişir.
Alimlərin sözlərinə görə, geniş istifadə olunan PCR testlərindən fərqli olaraq, onların sistemi qabaqcıl optik texnologiyaların köməyi ilə virusu aşkar etməyə imkan verir. Buna görə də onun effektivliyi 99% təşkil edir. Patogen 10 saniyə ərzində müəyyən edilir.
"Diagnovir" adlanan avadanlıq "Bilkent Holding" və "E–A" texnologiya şirkətinin əməkdaşlığı nəticəsində hazırlanıb və tamamilə yeni texnoloji infrastruktura malikdir.
İxtiranın məqsədi koronavirusu aşkar etmək olsa da, digər patogenləri aşkar etmək üçün istifadə edilə bilər.
Türkiyə sözügedən cihazı iki ay ərzində kütləvi istehsala buraxmağı planlaşdırır.(axşam)

Son xəbərlər