Pandemiya benzin qiymətinə necə təsir etdi?
İqtisadiyyat 584

Pandemiya benzin qiymətinə necə təsir etdi?

2020-ci il dünyada koronavirus pandemiyası bayrağı altında keçdi.
MAY.AZ oxu.az-a istinadən bildirir ki, bir neçə il öncə hamımız həm donuz qripi, həm quş qripi və atipik sətəlcəmlə qarşılaşsaq da, heç bir virus bizi evdə kilidləməyib. İndiyə qədər nə səyahətdə, nə sosial həyatda, nə də mədəni tədbirlərdə iştirakda heç bir məhdudiyyət bilmirdik. Nəinki sosial həyat - pandemiyaya görə dünyada bir çox insan işini və biznesini itirib.

Beləliklə, koronavirus pandemiyası bir ildir ki, insanların həyatına təsir edən əsas amildir. Təbii ki, bu amil qlobal iqtisadiyyat üçün görməzdən keçə bilməzdi.
2020-ci ilin mart atında neft qiymətlərinin kəskin enməsi pandemiya səbəbindən ölkələr arasında hərəkətə məhdudiyyətlərin tətbiq edilməsinin nəticəsidir. O zaman neftin qiyməti bir barel üçün 9-10 dollara, Amerika bazarında qısa müddətdə - hətta mənfi dəyərlərə də düşdü.
Yalnız neft hasil edən ölkələrin səyləri vəziyyəti düzəltməyə və neft qiymətlərinə müsbət təkan verməyi mümkün etdi.
Təbii ki, dünyada neft qiyməti benzin və dizel yanacağı daxil olmaqla neft məhsullarının qiymətinə də təsir edir. Daha doğrusu, səyahətlərin məhdudlaşdırılması benzinə və dizel yanacağına olan tələbatın azalmasına gətirib çıxardı, bu isə, öz növbəsində, neftə olan tələbata təsir etdi və "qara qızıl" bazarında çöküşə səbəb oldu.
Ancaq bildiyiniz kimi, neft istehsal edən ölkələrin birgə səyləri, ilin sonuna qədər neft qiymətlərinin bir barel üçün 50 dollaradək artmasına səbəb oldu.
Nəticədə benzin qiymətləri də artdı. Məsələn, neft idxalından tamamilə asılı bir ölkənin nümunəsi olan Türkiyədə benzin qiymətləri 2020-ci ilin mart ayında bir litrə görə 5,5 lirəyə düşdü. İndi isə benzinin qiyməti 7,2 lirə civarlndadlr, yəni qiymətlər 32% artıb.
Gürcüstanda da vəziyyət buna bənzəyir - 2020-ci ilin dekabr ayında benzinin qiyməti 2,4 lari təşkil edirdi, halbuki mart ayında 2,2 lari idi. Qeyd etmək lazımdır ki, yayın sonunda Türkiyə və Gürcüstanda benzinin qiyməti mart ayının göstəricilərindən də aşağı idi. Bax burda pandemiya faktoru artıq tam özünü göstərdi - əgər mart ayında hamımız növbəti bir neçə ayda virusu məğlub edə biləcəyimizi və yayda səyahət edə biləcəyimizi gözləyirdiksə, yayın sonuna istirahətin yalnız bağ evimizdə mümkünlüyü aydın oldu. Tələbin azaldığı bu dövrdə benzin qiymətlərində bir çöküş yaşandı.
Ümumiyyətlə, dünyada benzinin qiymətləri artıb. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2019-cu ildə dünyada benzinin orta qiyməti bir litrə görə 0,91 dollar olub. 2020-ci il dekabr ayının sonunda dünyada benzinin qiyməti 1,04 dollar idi. Yəni, benzinin qiyməti il ərzində 14% artıb.
Avropa ölkələrinin statistikası da benzinin qiymətlərində sabit bir artım tendensiyasını göstərir. Əlbəttə ki, ən vacib amil bir barel üçün 50 dollar civarında qərarlaşan neft qiymətidir. Bundan əlavə, COVID-19-a qarşı dünyada peyvəndləmə bizi normal həyatımıza geri dönmək ümidimizi artırıb. Nəticədə, yenidən səyahət edə biləcəyik. Və bu, ilk növbədə benzin və dizel yanacağına olan tələbatın artmasına səbəb olacaq və bu qiymət artımına gətirib çıxaracaq. Bildiyiniz kimi, hər şey üçün pul ödəməlisiniz. Ancaq yanacaq üçün bir az daha çox vəsait ödəmək ölümcül bir virusla mübarizədə xəstəxana və dərmanlara pul xərcləməkdən daha yaxşıdır.

Son xəbərlər