Paşinyan arvadı ilə mübahisə edən generaldan necə qisas aldı?
Afisa 691

Paşinyan arvadı ilə mübahisə edən generaldan necə qisas aldı?

Paşinyan arvadı ilə mübahisə edən generaldan necə qisas aldı?


Ermənistan ordusunun general-polkovniki Movses Akopyan baş nazir Nijkol Paşinyanla bağlı insidenti xatırlayıb.

MAY.AZ xəbər verir ki, Movses Akopyan Xankəndinə gələn Anna Akopyanın ordunun əsas komanda idarəetmə mərkəzində qalmasına etiraz etdiyinə görə, təzyiqlərlə üzləşdiyini söyləyib.

"Paşinyanın yoldaşı Anna Akopyan general Samvel Babayanla birlikdə ordunun mərkəzi komanda idarəetmə məntəqəsində qalırdı. Mən hərbçilərin bu gərgin şəraitdə döyüş söyə bildiklərini anladığım üçün Anna Akopyandan bunkerdən çıxmağı xahiş etdim".

General bundan sonra Yerevana - Müdafiə Nazirliyinə çağırılaraq komanda idarəetmə məntəqəsində bir daha görünməməsi barədə təlimat aldığını əlavə edib. Müdafiə naziri David Tonoyan bu göstərişi birbaşa Paşinyandan aldığını əlavə edib.

Movses Akopyan 2018-ci ildə "Tor" zenit raket kompleksi almağı planlaşdırdıqlarını deyib. Amma Paşinyan hakimiyyətə gələn kimi "Osa" sistemlərini almağöa üstünlük verdiyin əlavə edib.

"İndi desinlər, "Osa" sistemləri ilə neçə pilotsuz təyyarə vurublar? Heç bir dənə də vurmayıblar"-deyə general əlavə edib.

Xatırladaq ki, Movses Akopyan Ermənistan Müdafiə Nazirliyinin Nəzarət Xidmətinin rəisi olub./Modern.az

Son xəbərlər