25
октября
2020
13:17
"WhatsApp"da YENİLİK
"Facebook" şirkətinə məxsus "WhatsApp" messenceri kiçik biznes üçün imkanların genişləndirilməsini elan edib. Brendin nümayəndələri ilə yazışma zamanı istifadəçilər məhsul və xidmətlərin kataloqlarını istəyə, məsləhət ala və birbaşa çatda alış-veriş edə biləcəklər.
MOBITA.AZ AZƏRTAC-a istinadən bildirir ki, bu, pandemiya ilə əlaqədar məhdudlaşdırıcı tədbirlərin ağırlığını öz üzərinə götürən kiçik biznesi olan bir çox şirkətlərə kömək edəcək.
Müəssisələr məhsul çeşidi ilə tanış olmaq üçün linklər göndərə, müştərilər isə məhsulları səbətə əlavə edə və messencerdən çıxmadan sifarişi rəsmiləşdirə biləcəklər.
Çox güman ki alış-verişin ödənişi üçün "Facebook Pay" ödəniş xidmətindən istifadə olunacaq.