COVID xəstələri neçə gün yoluxdurucu olur?
Sağlam ol 462

COVID xəstələri neçə gün yoluxdurucu olur?

COVID xəstələri neçə gün yoluxdurucu olur?


Covid-19-un simptomlarını yüngül keçirən insanlar ən çox 10 gün ərzində virusu yoluxdura bilər.

MAY.AZ e-tibb.az-a istinadən bildirir ki, bununla bağlı "Infection Control and Hospital Epidemiology" jurnalında dərc olunan məqalədə bildirilib. ABŞ-ın Oreqon ştatındakı Elm və Sağlamlıq Universiteti (OHSU) və Oreqon Dövlət Universitetinin mütəxəssisləri dünyada bununla bağlı aparılan 77 tədqiqatın nəticələrini qiymətləndirib.

Tədqiqat zamanı ağır Covid-19 xəstələrinin virusu 20 günə qədər ötürə bildiyi, xəstəliyi yüngül keçirən və ya heç simptomları olmayanlarda bu müddətin 10 günə qədər azaldığı müşahidə edilib.

Alimlər bildirib ki, insanlar uzun müddət virus yaya bilsə də, aparılan araşdırmalar yoluxmanı proqnozlaşdıra bilən virusun yalnız 9 günə qədər yüngül simptomları olan insanlarda aşkar edildiyini göstərir. Bu, ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi tərəfindən hazırlanan təlimatda deyildiyi kimi, yoluxan insanların 20 günlük müddətdə özlərini təcrid etmələri ilə bağlı tövsiyəni təsdiq edir.

Son xəbərlər