13
октября
2020
13:50
Gəncə terrorunda dünyasını dəyişən gənclərin TOY FOTOSU HƏR KƏSİ KÖVRƏLTİ
Xəbər verdiyimiz kimi, oktyabrın 11-də Gəncə şəhərinin Ermənistan ordusu tərəfindən raket atəşinə tutulması nəticəsində 4-ü qadın olmaqla, 10 nəfər həlak olub, aralarında uşaqlar olan 35 nəfər yaralanıb.
MAY.AZ xəbər verir ki, Ermənistanın Gəncəyə atdığı raketin partlaması nəticəsində həmin gecə ailə başçısı dünyasını dəyişib. Yoldaşı isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. Ötən gün isə qadın dünyasını dəyişib. Ailənin azyaşlı bir qız övladı sağ qalıb.
Sosial şəbəkələrdə dünyasını dəyişən gənclərin toy fotosu yayılıb. Fotonu görən hər kəs kövrələrək, gənclər rəhmət diləyib.
Həmin fotonu təqdim edirik: