10
октября
2020
01:53
İlham Əliyev: "Biz onları geri oturtmalı idik və bunu da etdik"
"Danışıqlar 1992-ci ildən aparılır. Həmin vaxtdan bəri sıfır irəliləyiş olub".
"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Sky News” televiziya kanalında müsahibəsində deyib.
Dövlət başçısı bildirib: "Ermənistan həmişə danışıqları pozmaq üçün bəzi manipulyasiya alətlərindən istifadə edirdi. Bu il iyuldan başlayaraq onlar bizə qarşı 3 dəfə hərbi hücuma keçdilər. İyulda onlar Ermənistanla Azərbaycan arasındakı sərhəddə, Qarabağ regionundan uzaqda bizim mülki şəxslərimizə və hərbi mövqelərimizə hücum etdilər. Bu, 4 gün davam etdi, biz onları geri oturtduq. Onlar ərazi işğal edə bilmədilər və biz dayandıq, çünki bizim Ermənistan tərəfdə heç bir hərbi məqsədimiz yoxdur.
Avqustun 23-də onlar terror aktı törətmək üçün diversiya qrupu göndərdilər, qrupun rəhbəri saxlanıldı və o, ifadə verir. Sentyabrın sonunda onlar bizim şəhərlərimizi artilleriya bombardmanına tutdular və günahsız insanları öldürdülər. Biz cavab verməli olduq. Biz onları geri oturtmalı idik və bunu da etdik. Ona görə də biz danışıqların tərəfdarıyıq. Mən sizə iki misal çəkə bilərəm. Ötən il Ermənistanın baş naziri elan etdi ki, “Qarabağ Ermənistandır”. Bu, nə deməkdir? Bu, son deməkdir".