23
октября
2016
01:50
Saqqal saxlamağın 7 faydası
Mütəxəssilər bu qənaətə gəlib çatıblar ki, saqqal insanın üzünü günəşin ultra-bənövşəyi şüalarından qoruyur və dəri xərçəngi riskini azaldır.
Saqqalın 7 faydası ilə tanış olaq:
1. Saqqal insan dərisini istidən və soyuqdan qoruyur. Əgər o dəstə insanlardansınız ki, buzun üstündə sürüşməyi və qar idmanlarını sevirsiniz, yaxud çox vaxt günəşin altında olursunuz - saqqal dərinizi qorumaqda sizə yardım edəcəkdir. Kişilərin üzündə çıxan bu tüklər üz dərisini havanın sərt soyuqluğundan və istiliyindən mühafizə edər. Bundan əlavə, soyuq qış günlərində saqqal dərinizi rütubətli saxlayar. Ona görə də kişilər dəri quruluğundan əziyyət çəkməzlər.
2. Boğaz ağrısına qarşı xəstəliklərin qarşısını alar. MAY.AZ deyerler.org-a istinadən bildirir ki, həkimlərin nəzərinə görə, saqqal insanı bir çox boğaz ağrısı xəstəliklərindən qoruyar. Saqqalda olan tüklər havadakı bakteriyaların və mikrobların tənəffüs orqanlarına daxil olmasına mane olar.
3. Saqqal astma ilə mübarizə aparar. Astma xəstəliyinə tutulan insanlar yaxşı bilir ki, havada olan toz-torpaq onlar üçün gizli qatillərdirlər. Ona görə də mütəxəssislərin nəzərinə görə, bığ və saqqal burun deşiklərini tüklərlə örtdüyü üçün bu toz-torpağın daxil olmasına mane olar.
4. Dəri qocalmasının qarşısını alar. Ola bilsin ki, saqqal saxlamaq bir cavanı yaşından daha böyük göstərsin. Ancaq bu saqqalın altındakı dəri sağlam və cavan qalar. Əslində saqqal dərinin cavan qalmasına yardım edər. Çünki daha çox suyun üz dərisində hərəkət etməsinə mane olar və eyni zamanda onu qurumağa qoymaz. Nəticədə dəri daha yumşaq və cavan qalar.
5. Soyuqdəymə ilə mübarizə aparar. Saqqal kişilərə adətən yay fəslində çox əziyyət verər. Ancaq mütəxəsislər bu qənaətə gəlib çatıblar ki, saqqal yay fəslində kişiləri soyuqdəymədən qoruyar. Çünki saqqal üz dərisini isti saxlayar və bədənə yardım edər ki, viruslarla rahat mübarizə apara bilsin.
6. Saqqal üzdə çivzələrin əmələ gəlməsinə mane olar. O insanlar ki, üzlərində olan tükləri qırxırlar, göynəmə və sızanaqlardan əziyyət çəkirlər. Çünki tükləri qırxan zaman dərini zədələyir və tük köklərinin üfunətinə yol açırlar. Saqqal bu problemlərin yaranmasının qarşısını alar.