Nikaha daxil olmaq toy etməkdən də çətin oldu
Maraqlı ve Meslehetli 561

Nikaha daxil olmaq toy etməkdən də çətin oldu

Nikaha daxil olmaq toy etməkdən də çətin oldu



Bakıda nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçməsi üçün reaktiv tapılmır. Bu barədə “Sputnik Azərbaycan”a vətəndaşlar şikayət ediblər.

Vətəndaş Əfruzə Ağayeva bildirib ki, nikaha daxil olmaq üçün Nəsimi rayonu üzrə 20 saylı poliklinikaya müraciət edib.

Poliklinikadan ona bildiriblər ki, qeydiyyatda olduğu Əlibəy Hüseynzadə 100 ünvanı poliklinikanın ərazisinə düşmür. Ona rayon 3 saylı poliklinikasına müraciət etmək tövsiyə olunub.

3 saylı poliklinikadan isə Nəsimi rayonu üzrə nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçməsinin yalnız 20 saylı poliklinikaya həvalə olunduğunu bildiriblər.

20 saylı poliklinikadan bildirilib ki, nikaha görə tibbi müayinə üçün analiz reaktiv olmadığı üçün aparılmır:

“Bizdə reaktiv yoxdur, bunu nazirlik səviyyəsində də bilirlər. Ona görə də ərazidə yaşayan vətəndaşlardan qan analizi götürə bilmirik. Vətəndaş “ASAN xidmət” mərkəzinə müraciət etsin”.

Qeyd edək ki, poliklinikalarda qan analizinin nəticəsi daha tez verildiyi üçün nikaha təcili daxil olmaq istəyən şəxslər əsasən qeydiyyatda olduqları ünvan üzrə poliklinikalara üz tuturlar.

Poliklinikalar isə reaktiv olmadığı üçün analiz götürməkdən imtina edirlər. “ASAN xidmət” mərkəzlərində isə bu müayinənin cavabı iki həftədən tez verilmir. oxu.az

Son xəbərlər