17
августа
2020
14:50
Almanlara tabe olmadığı üçün güllələnən 10 azərbaycanlı - SİYAHI
Fransada yaşayan azərbaycanlı naşir, yazar Nicat Kazımov İkinci Dünya müharibəsi ərəfəsində baş vermiş dəhşətli faktı ictimailəşdirib.
MAY.AZ kulis.az-a istinadla xəbər verir ki, Nicat Kazımovun təqdim etdiyi yeni faktda qeyd olunur ki, ikinci dünya müharibəsində almanlar tərəfindən əsir götürülmüş 394 sovet əsgərlərinin içində olan 10 nəfər Azərbaycanlı almanlar tərəfə keçmədiyi üçün güllələnib.
"Onları Strasburqa 1 saat məsafədə Fort De Mutzig adlanan yeraltı nasist hərbi düşərgəsinə gətiriblər. Orada bu 10 nəfərə almanlar tərəfə keçməsi tələb olunub, əks təqdirdə öldürüləcəklərmiş. 10 əsgərimiz bu təklifi rədd ediblər və elə həmin yerdəcə güllələniblər. Almanlar bu hadisələri sənədləşdirib. Həmin sənədlər isə hazırda məndədir. Bu qəhrəmanların ikisi yaşadığım şəhərin qəbrstanlığındadır. Qəbrstanlıq-qəbrstanlıq gəzirəm və hamısını tapmağa çalışıram. Bəlkə hansılarsa sovet dövründə Azərbaycana gətirilib".
Nicat Kazımov onu da qeyd edib ki, o, artıq fransız peşəkar yoldaşları ilə sənədli film hazırlayır.
"Sənədləri göstərən kimi təklifimi qəbul etdilər.Heç vaxt ailələri onların Fransada olduğunu bəlkə də bilməyib. Bu səbəbdən facebookda adları paylaşmaqla qəhrəmancasına həlak olmuş qürbətdə dəfn olunan əsgərlərimizi həm ailələrinə qovuşdurmaq istəyirəm, həm də sənədli filmdə onlarla müsahibə etmək istəyirəm.
Adlar:
1. Mirzə Abdullayev 1907-1944
2. Molla Hüseynov 1905-1943
3. Məhərrəm Ələkbərov 1906-1943
4. Fiodor Fokin 1911-1943
5. Bədəl Yusibov 1919-1944
6. Xıdır Quliyev 1916-1943
7. Müxlis Məmmədzadə 1902-1942
8. Məmməd Seyidov 1907-1943
9. Rza Hüseynov 1905-1943
10. Səfər Həsənov 1906-1943
Nicat Kazımov güllələnən şəxslərin nəvələri, yaxınları ilə əlaqəsi olan şəxslərdən bu işdə yardımçı olmalarını xahiş edib.