Kartofun yaşıl olması təhlükəlidirmi?
Sağlam ol 542

Kartofun yaşıl olması təhlükəlidirmi?

Kartofun yaşıl olması təhlükəlidirmi?


Bəzi kartoflar rəngini dəyişərək, yaşıllaşmağa başlayır. Bir çoxumuz buna şahid olmuşuq. Bəs kartofun yaşıllaşmağının mənası nədir?

Günəşdə və ya yüksək rütubətdə uzun müddət saxlanılan kartofun rəngi sarıdan yaşıl rəngə dəyişə bilir.

Belə ki, bu, bütün yaşıl bitkilərdə xlorofilin artdığını göstərir. Kartof qabığının bəzi hissələrində görülən yaşıl rənglər əslində, normaldır. Xlorofil səbəbiylə bitkilərdə belə ləkələr meydana gələ bilər. Ancaq kartofa gəldikdə, solanin maddəsi burada ön plana çıxır.

Bir qismi və ya tam şəkildə yaşıllaşan karofların hamısında solanin maddəsi səbəbindən zəhərlənmə təsiri ola bilər. Kartofdakı yaşıl rəng artdıqca, zəhərlənmə riski də artır. Kartofun yaşıl rəngli hissələrində olan solanin maddəsinin əmələ gəlməsi əvvəlcə qabıqdan başlayır. Zamanla dərinləşir və kartofun hamısını əhatə edir.

İnsanlarda solanin zəhərlənməsinin reaksiyaları - baş ağrısı, mədə narahatlığı, ishal və qusmadır. Şiddətli mənfi reaksiyalara - iflic, koma və ya halüsinasiya daxildir.

Kartof tamamilə yaşıllaşıb, tam cücərirsə və ya dadı acıdırsa, onu birbaşa zibil qabına atmaq faydalıdır. Yaşıl nöqtələr kiçikdirsə, bıçaqla həmin hissəni kəsib, istifadə edə bilərsiniz. Kartofun yaşıllaşmasının qarşısını almaq üçün onu qaranlıq və sərin yerdə işıqdan uzaq saxlaya bilərsiniz. Qaranlıq bir yer tapmadığınız təqdirdə, üzərini kağız ilə örtməyə çalışın.(publika)

Oxşar xəbərlər

Son xəbərlər