03
апреля
2020
21:59
İmmunitetin 8 dostu
Yazın gəlməsi ilə immunitetin xüsusi qayğıya ehtiyacı olur.
Karantin rejimində evdə oturmaqla immunitetin qayğısına necə qalmaq olar?
MAY.AZ Medicina.az-a istinadən sizə səkkiz sadə və çox pozitiv şeylərin siyahısını təqdim edir:
Yoga
Bütün viruslar və daimi streslə mübarizə üçün ən yaxşı yol. Dörd əsas fizioloji sistemə (dövran, həzm, sinir, endokrin) təsir göstərən, onlardaki pozuntuları aradan qaldıran müəyyən pozalar var. (Youtube-dən izləyin və ya trenerlə məsləhətləşin).
Balanslı qidalanma
Antioksidanlar, probiyotiklər və vitaminlərlə zəngin şeylər immun sisteminin ən yaxşı dostudur. Bir də daha az şəkər. Alış-veriş siyahınız, gündəlik menyunuzu: balqabaq və toxumu, tuna, göbələk, sobada yagsız kartof, yaşıl çay, qatıq, portağal, kələm, soğan, bal edin.
İdman
İdman barədə hamınız kifayət qədər məlumatlara maliksiniz. Bilirsiniz ki, idmanla məşğul olanların xəstələnmə şansı, etməyənlərlə müqayisədə daha azdır. Buna görə də uzun-uzadı yazmırıq. Mümkün qədər çox kardio hərəkətlərlə də sağlamlıq qeydinə qala bilərsini.
Alkoqol
Təəccübləndiniz? Ama inanın: kömək edəcək. Yalnız əsas qaydaya riayət etmək vacibdir: yalnız bir qədər içmək. Qazlı və yüksək şəkərli içkilərdən uzaq olun.
Bütün insanlarla əlaqəni kəsin
Epidemiya zamanı, izdihamlı yerlərə getməmək yaxşıdır. Mümkünsüzdür, əlbəttə. Ama ən azından bar, clublar və böyük restoranlardan uzaq durmaq olar (bunu evdə dostlarınız və ailə üzvlərinizlə vaxt keçirməklə əvəz edə bilərsiniz)
SPA
Kortizol səviyyəsini (immun sistemini zəiflədən stress hormonu) azaltmaq üçün 20 dəqiqə masaj kifayət edir.
Yuxu
Çikaqo Universiteti tərəfindən aparılan bir araşdırmaya əsasən, yuxu rejimi pozulan insanlarda antikorların səviyyəsi daha zəifdir. Çox dincələn və normal yuxusu olan insan stresə daha az həssas olur.
Daha az makiyaj
Dəri kosmetik məhsulların bir hissəsini udur. Bunların da bəziləri immun sisteminə zərər verə bilər. Qulluq və makiyaj üçün ən təbii məhsulları seçməyə çalışın (nəzərə alın ki, karantin rejimindəsiniz və heç yerə gedə bilmirsiniz)