Azərbaycanda koronavirusa yoluxan həkim və polis varmı? - RƏSMİ AÇIQLAMA
Sağlam ol 549

Azərbaycanda koronavirusa yoluxan həkim və polis varmı? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda koronavirusa yoluxan həkim və polis varmı? - RƏSMİ AÇIQLAMA


Son bir neçə ay bütün dünya, eləcə Azərbaycan koronavirusla mübarizə aparır. Azərbaycanda bu virusa tutulanların sayı 400-ə çatıb. 5 nəfər isə ölüb. Daim iş başında olduqları üçün həkimlər və polislər koronavirusa yoluxacaq risk qurupuna daxil şəxslərdir. Bu günə kimi koronavirusa tutulan polis və ya həkim varmı?

Bununla bağlı Sonxeber.az-a danışan TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, virusa yoluxma şübhəsi olan şəxslərdən koronavirusla bağlı analiz götürülür. İstər polis olsun, istər həkim və ya başqa sahədə çalışan. Onlar barəsində hər hansı bir məlumat verilmir. Hər gün Operativ Qərərgahın mətbuat konfransı olur. Mətbuat konfransı zamanı günlük neçə nəfərdə koronavirus aşkarlanırsa bu barədə ictimaiyyətə məlumat verilir. Şəxslər barəsində ayrı-ayrı məlumat verilmir. İstənilən peşənin sahibi bu virusa tutula bilər. Burada qeyri-adi heç nə yoxdur".

Son xəbərlər