02
апреля
2020
16:00
Azərbaycanda çörək zavodunun əməkdaşı iş yerində intihar etdi
Şəkidə intihar hadisəsi olub.
MAY.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında baş verib. Belə ki, 1994-cü il təvəllüdlü Şəki şəhər sakini Məmmədrəhimli Tərlan Rəhman oğlu işlədiyi "Sünbül" çörək zavodunda özünü asaraq intihar edib.
T.Məmmədrəhimlinin özünü hansı səbəbdən asdığı hələlik məlum deyil. Meyit müayinə olunmaq ücün ekspertiziyaya təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.