Beyninizi belə qoruyun - 5 TÖVSİYƏ
Sağlam ol 1 012

Beyninizi belə qoruyun - 5 TÖVSİYƏ

Beyninizi belə qoruyun - 5 TÖVSİYƏ


Möcüzə orqan - beyin. Həyatın, düşünmənin, dərk etmənin, xəyal edə bilmənin, sevə bilmənin, yaddaşın – insan olmanın qaynağı. Müasir radioloji müayinələrlə beynin sirlərini addım-addım öyrənirik, amma kəşf ediləcəklər, öyrəniləcəklər daha çoxdur.
Bəs beynimizi necə qoruyaq?

May.Az xəbər verir ki, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) diaqnostik və invaziv radioloq və endovaskulyar cərrahı, Prof. Dr. Əhməd Məmiş beynin qorunması ilə bağlı tövsiyələrini Aile.lent.az-ın oxucuları ilə bölüşüb.

Beyninizi qorumaq üçün bunlara əməl edin:

- Beyninizi qorumaq istəyirsinizsə, ondan faydalı məqsədlər üçün istifadə edin. Kitab oxuyun, öyrənin, problem həll edin. Beyniniz işlədikcə gənc qalacaqdır. “Beyin məşqləri” edin.

- Ağdəniz pəhrizinə üstünlük verin. Bu, sadəcə qəlbinizə deyil, beyninizə də xoş olar.
Qeyd edək ki, Ağdəniz pəhrizi sağlam qidalanmanı nəzərdə tutur. Təbiətdə təbii şəkildə yetişən, GMO-suz meyvə və tərəvəzlər yemək əsas şərtdir. Qidalanmada daha çox karbohidratların üstünlük təşkil etdiyi bu pəhrizdə çörək və makaron əsas yeməkdir. Ağ ət - toyuq və balıq yeməyə icazə var. Yeməklərə və salatlara zeytun yağı əlavə etmək olar.

- Mütəmadi olaraq, fiziki aktivliklə məşğul olun. Hər gün 15-20 dəqiqə qaçmaq belə kifayətdir.

- Sosial həyat yaşayın, ünsiyyətə can atın.

- Qəhvə və kakaonun da qoruyucu faydası var. Gündə 3-4 fincan qəhvə için. Kakaonu kiçik parça qara şokoladla da içə bilərsiniz.

Son xəbərlər