20
марта
2020
18:25
"Maskanı şəkil çəkdirmək üçün taxırlar" - Namiqdən həmkarlarına
“Məni konsertlərdən naşı təşkilatçılar iyrəndirdilər. O qədər yalan, qeyri peşəkarlıq gördüm ki, bu konsert aləmindən qaçdım”.
Axşam.az xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu “MTV”-yə müsahibəsində deyib. Sənətçi onu incidən məqamlara da toxunub:
“Ola bilər ki, yayda “Yaşıl Teatr”da konsert verim. Hamının yadındadır, əvvəllər hər il konsert verirdim. Mənə maddiyat mane olmur. İş prosesidir. Çox işləyirəm - tədbir, klip, montaj. Hamısı ilə özüm maraqlanıram. Konsert verən insanların əksəriyyəti ciblərindən pul xərcləyirlər və onu ala bilmirlər. O görüntünü yaradırlar. Konsertə xərclədikləri pulu toylardan qazanırlar. Mən də arzulayardım ki, Azərbaycanda konsert sistemi düzəlsin. İnşallah bir həvəs yaranar”.
Namiq son günlər gündəmdə olan maska mövzusu ilə bağlı həmkarlarını tənqid edib:
“Maska onsuz da var idi də. Amma maska virusa yox, səmimiyyətə qarşı idi, amma indi virusa qarşı maskalar çıxıb. Ancaq fikir verin şou-biznes əhli demək olar ki, onu taxmır. Maskanı taxırlar, şəkil çəkdirirlər sonra çıxarırlar. O da bir maskadır. Taxdıq, camaata göstərdik və çıxartdıq. Adam deyə, biri qaldı onu da çıxar”.