"Xəstəliyə viski və balnan qalib gəldim" - Koronavirusa yoluxan britaniyalı
Maraqlı ve Meslehetli 662

"Xəstəliyə viski və balnan qalib gəldim" - Koronavirusa yoluxan britaniyalı

"Xəstəliyə viski və balnan qalib gəldim" - Koronavirusa yoluxan britaniyalı



Koronavirusa yoluxmuş ilk britaniyalı "The Sun"a verdiyi açıqlama ilə diqqət çəkib.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, bir müddət əvvəl Çində koronavirus diaqnozu qoyulan 25 yaşlı britaniyalı Connor Reed xəstəliyə qalib gəldiyini açıqlayıb.

Əslən Uelsdən olan Connor Reed fasiləsiz öskürdüyünə görə xəstəxanaya müraciət edib. 3 ildir ki Çində yaşayan Connora koronavirus diaqnozu qoyulub. O, 2 həftə xəstəxanada müalicə aldıqdan sonra evə buraxılıb.

"Həkimlər mənim bu virusa yoluxduğumu söyləyəndə öləcəyimi düşünürdüm. Amma xəstəliyə qalib gəldim. Sağalana qədər hər gün isti viskiylə bal içirdim. Bunun qədim zamanlarda müalicə üsulu kimi istifadə olunsa da, görünür, hələ də işə yarayır", - Connor söyləyib.

O bildirib ki, həkimlərin məsləhət gördüyü antibiotiklərdən və dərmanlardan istifadə əvəzinə gündəlik olaraq viski və bal qəbul edib.

Qeyd edək ki, Connor Vuhandakı universitetlərin birində ingilis dili müəllimi işləyib.

Son xəbərlər