28
января
2020
20:42
Bu simptomlar uşaqlarda ÜRƏK XƏSTƏLİKLƏRİNƏ işarə edir
Təəssüf ki, ürək xəstəliklərinə tək böyüklərdə deyil, uşaqlarda da rast gəlinir. Ağır ürək patologiyaları adətən doğuşdan dərhal sonar aşkar olunur.
Lakin bəzi pozulmalar müəyyən vaxta qədər gizli qala bilir. Valideynlər uşaqlarına qarşı daim diqqətli olmalı, uşaqların istənilən “qeyri-adiliyinə” fikir verməli və öz şübhələr və narahatçılığı pediatrla bölüşməlidir. Bu pozulmanı vaxtında aşkar etməyə və fasadların qarşısını almağa yardım edəcək.
BiG.AZ saglamolun.az-a istinadən oxucularını uşaqlarda ürək xəstəliklərinə işarə edən simptomlar ilə tanış edir.
Südəmər uşaqlarda:
çəkinin zəif artması
dərinin göyümtül olması
tez yorulma (uşaq ananın döşünü zəif əmir, tez-tez fasilələr verir)
aktivliyin az olması
fiziki inkişafında ləngimə (həmyaşıdları ilə müqayisədə başını gec saxlayır, gec oturur və s.)
təngənəfəslik (nəfəsalmanın tez-tez və səthi olması)
Daha böyük uşaqlarda:
tez yorulma (uşaq oynayanda, qaçanda həmyaşıdları ilə müqayisədə daha tez yorulur)
ürək nahiyəsində istənilən diskomfort (agrı, narahatçılıq, yanma və s.)
burun-dodaq üçbucağının göyərməsi
dərinin ağarması
başgicəllənməsi
bayılma
təngənəfəslik
respirator xəstəliklə bağlı olmayan səbəbsiz öskürək
ayaqlarda şişkinlik.