24
сентября
2016
02:58
Şəbnəm hamiləliyini etiraf etdi: "Öz əmimoğlumdur, onunla eyni evdə..."
“Bəli, Hacı Rafiq mənim ərimdir, tezliklə oğlumuz olacaq”.
Bu sözləri müğənni Şəbnəm Əsədova (Tovuzlu) şəxsi həyatı barəsində yayılan son, ilginc məlumatlarla bağlı müsavat.com-a açıqlama verərkən bildirib. Müğənni barəsində yayılan məlumatları hiddətlə qarşılayıb:
“Mənim şəxsi həyatım nə yaman bəzilərinin gözünü çıxardıb?! Ay bala, ailə qura, uşaq doğa bilmərik? Bu günün gündəmi Şəbnəm olub? Başqa mövzu yoxdur yazmağa? Başa düşə bilmirəm, nə istəyirlər məndən? Efirə də çıxa bilmirəm bunların əlindən, efirlərdən imtina edirəm artıq son vaxtlar. Evdə mənim ata-anam var, özüm də ailəliyəm. Ərimi reklam etməliyəm hamıya?
Bəli, hamiləyəm, uşaq doğmaq qadının peşəsidir də. Təbii ki, ərim də ailəm də, əslim-köküm də var, göbələk deyilik ki, yerdən çıxmış olaq.
Famil mənim ilk həyat yoldaşım olub, mehribançılıqla ayrılmışıq. Bu, çoxdan olub, 4-5 il bundan əvvəl. Mən artıq ikinci dəfə həyat qurmuşam, o da öz əmimoğludur. Yəni, Hacı Rafiq mənim yoldaşım, öz əmimoğludur, əsli-kökü də tovuzludur. Kim deyir ki, o, beyləqanlıdır?”
Müğənni həyat yoldaşının ailəli, 3 övladı olduğu barədə şayiələrə də aydınlıq gətirib:
“Bəli, ailəli olub, ayrılıb, övladı da yoxdur. Onunla 4 ildir ki, ailəliyik. Nikahımızı toy kimi, banket şəkilində, 60-70 nəfərlik etmişik, gəlinlik də geyinmişəm. Lakin mediaya bu barədə məlumat verilməyib. Amma mən indi məcburam ki, o nikah şəkillərindən yayım, yoldaşımın üzü görünməsə də. Qoy bir-ikisi sakit olsun...
Deyirlər ki, 45 yaşı var. Adamın 40 yaşı yoxdur heç, yeni doğulacaq körpəsini gözləyir”.
Şəbnəm Tovuzlu mətbuatdakı yazılarda ərinin başqası ilə səhv salındığını da qeyd etdi:
“Yazılarda qeyd olunan başqa Hacı Rafiqdir. Mənim yoldaşımın obyektləri “Memar Əcəmi”də deyil, “Tarqovı”da, “İçərişəhər”də və Moskvada var. O, Surqutda yaşayan adam olub. Bizim müğənnilərin çoxunun birinci ailəsi dağılıb, sonra da ailə qurub, burda nə var ki. Bizim də uşağımız olacaq, əsilli-köklü adamıq.
Həyat yoldaşım iki ildir Həcc ziyarətinə gedib-gəlib, din adamıdır. Başqa bir Hacı Rafiq də var.
Ola bilsin ki, o adam bir qədər məşhurdur deyə, onunla səhv salınıb. Bəli, o adamın övladları var, özü də beyləqanlıdır. Mənim yoldaşım o deyil. Hacılar min dənə var, elə Hacı Rafiq də var...
Bu cür şayiələrin yayılmasında evimə gəlib-gedən 4-5 adamdan şübhələnməyə başlamışam. Artıq onların da ayağı kəsiləcək mənim evimdən və gələ bilməzlər.
Baxın, rəqqasə Fatimə xanımın övladının atasını tanıyırsız? Əlbəttə ki, yox, amma gündəmdə deyil. Bəs niyə məhz mən? Deməli, aralarda gözü götürməyənlər, satqınlar var”.
Qeyd edək ki, bir müddət bundan əvvəl keçmiş MTN qalmaqalında adı hallanan müğənni Şəbnəm Əsədovanın (Tovuzlu) şəxsi həyatı ilə yayılan yeni, ilginc məlumatlar mətbuatda, sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Belə ki, Qafqazinfo.az saytının yazdığına görə, müğənni Rafiq adlı şəxsdən hamilədir. Onların vətəndaş nikahında yaşadığı bildirilir.