Kaş ki, uşaq olaydım
Muxtelif 1 312

Kaş ki, uşaq olaydım

Kaş ki, uşaq olaydım


Yenidən doğulaydım.
İnanaydım hər sözə,
Günahsız, saf qalaydım,
Güləydim hər xoş üzə.
Bilməyəydim yalan nə?
Paxıllıq, kin-kidurət,
Aldadan, aldanan nə?
Mərdimazar, pisniyyət,
Ayrılığı salan nə?
Kaş ki, uşaq olaydım.

Nə dərd olaydı, nə sər,
Nə çəkdiyim acılar,
Nə çiynimdəki yüklər!
Kaş ki, uşaq olaydım

Dünya xoş görünəydi,
Gündüz kimi gecələr,
Duyduğum nağıllar tək,
İşığa bürünəydi……
Kaş ki, uşaq olaydım……….,

Bilməyəydim həyatın,
Yalanı nə, düzü nə?
Görməyəydim dünyanın,
Astarı nə, üzü nə?
Kaş ki, uşaq olaydım,

Heç keçməyəydi zaman,
Çokməyəydi, çən, duman,
Elə yenə duyaydım,
Nənəmin laylasını,
Babamın duasını.
Kaş ki, uşaq olaydım

Gizlədəydim yaşımı,
Bir az böyük deyəydim,
İtirəydim başımı,
Yad başmaqlar geyəydim,
Böyümək arzusuyla,
Bu günə tələsəydim
Kaş ki, uşaq olaydım

Danlaq olaydı dərdim,
Onu da, unudaraq,
Oynamağa gedəydim,
Kaş ki, uşaq olaydım

Min bir ümid əkəydim,
Hələ də, açılmayan,
Arzu gülü biçəydim,
Kaş ki, uşaq olaydım

Düşünəydim fərqliyəm,
Başqa yazım olacaq,
Nə biləydim, uşaqlıq,
Çoxum, azım olacaq.
O əlçatmaz günlərim,
Kaman, sazım olacaq.
Kaş ki, uşaq olaydım

Deyirlər nə fərqi var,
Yenə böyüyəcəksən,
Bütün gördüklərini ,
Yenidən görəcəksən,
Bu ağıl ki, səndədir,
Yenə sürünəcəksən..
Rəhimli, həyat budur,
Min yol geri donsən də,
Sonunda öləcəksən
Kaş ki, uşaq olaydım

Son xəbərlər