Суббота
апр 20

Meyxanaçı Samirə: "Mən gündə bir ər dəyişən qadına oxşayıram?"

Meyxanaçı Samirə: "Mən gündə bir ər dəyişən qadına oxşayıram?"


ARB-də yayımlanan "Səhər-Səhər" verilişinin növbəti qonağı meyxanaçı Samirə olub.

BiG.AZ ölkə.az-a istinadən bildirir ki, meyxanaçı mərhum həyat yoldaşından danışıb:

"Mənim yoldaşım polis mayoru olub. Allah ona qəni-qəni rəhmət etsin. Mən efirə çıxmağıma, qazandığım uğuruma görə ona borcluyam."

O, aparıcının: "Bir dəfə ərdə olmusunuz?" sualına "Mən gündə bir ər dəyişən qadına oxşayıram?"- deyə cavab verib.

Qeyd edək ki, Samirə Yusifqızı uzun müddət meyxanaçı Oqtayla duet ortağı olub.

Комментарии (0)

Оставить комментарий