Ürək bulanmanın səbəbləri


Ürək bulanmanın səbəbləri


Əgər sadəcə avtomobil və ya dəniz sizi tutubsa ürək bulanma üçün müalicəyə səbəb yoxdur. Amma heç bir səbəb olmadan bu baş verirsə o zaman həkimlə məsləhətləşmək önəmlidir.

May.Az immunitet.az-a istinadən bildirir ki, əsasən ürək bulanması həzm orqanları xəstəliklərinin əlamətləridir. Yalnız sadəcə bunlar deyil: bəzən bu simptomlarla qastroenteroloq, nevroloq, endokrinoloq və hətta kardioloqa getmək lazım gəlir.

QASTRİT VƏ XORA XƏSTƏLİYİ
Əlamətləri: ürək bulantısı yemək yedikdən sonra güclənir, eyni zamanda mədə şişkinliyi və qıcqırma hissi yaranır. Acqarına və ya yeməkdən sonra qarının yuxarı hissəsində ağrı və ya yanma hissi.

ÖD KİSƏSİ XƏSTƏLİYİ
Əlamətləri: yemək yeyən zaman artıq ürək bulanmanın hissiyatı. Sağ qabırğa altına yaxın daha çox ağrılar yaranır. Ağızda acı və ya metal dad hissiyatı, köp və qıcqırma.

PANKREATİT
Əlamətləri: yeməkdən sonra ürəkbulanma, qarında köp yaranması. Sağ qabırğa altında küt ağrı, ağızda acı dad yaranması. Bağırsaq pozulması, kilo atma mümkünlüyü.

APPENDİSİT
Əlamətləri: bu zaman bulantı yeməklə əlaqəli olmayada bilir, hətta qusma halları yaranır. Əvvəlcə qarının yuxarı hissəsində qeyri-müəyyən ağrıların yaranması, daha sonra isə bu ağrılar qarın sağ yarım hissəsində əsasənda aşağı tərəfində yer alır. Temperatur 37-38 C qalxma ehtimalı.



BAĞIRSAQ İNFEKSİYASI VƏ YA ZƏHƏRLƏNMƏ
Yeməkdən bir müddət sonra bulantı artır və demək olar ki, çox zaman qusma ilə nəticələnir. Zəiflik, baş ağrısı və qarının yuxarı hissəsində göbəyə yaxın ağrıların yaranması. Bəzən temperatur 37-39 C qədər yüksəlir. Zamanla ishal baş verir.

Bütün bu hallarda həkimə müraciət etmək tövsiyə olunur.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.


İnstagramda izləyin Telegramda izləyin
нравится0
не нравится0
00
Bölmə: Sağlam ol Oxunub: 226 Tarix: 21-06-2020, 13:07

Tərəfdaşların xəbərləri

İstifadeci paneli
Youtube səhifemiz