Четверг
июл 19

Putin NATO-nu TƏHDİD ETDİ: "Sabitliyin açarı budur"

Putin NATO-nu TƏHDİD ETDİ: "Sabitliyin açarı budur"


Rusiya ölkəni hədələyən təcavüzkar hərəkətlərə müvafiq reaksiya verəcək.

MAY.AZ publika.az-a istinadən xəbər verir ki, bu sözləri prezident Vladimir Putin Rusiya diplomatları ilə görüşündə deyib.

“Avropada təhlükəsizliyin təmin olunması və sabitliyin açarı əməkdaşlığı genişləndirmək və etibarı bərpa etməkdir, Rusiya sərhədlərində NATO-nun hərbi infrastrukturu və bazaların genişləndirilməsi deyil. Halbuki, indi məhz bunlar baş verir. Rusiya belə təcavüzkar addımlara və birbaşa təhdidə müvafiq reaksiya verəcək”, - Putin bildirib.

Rusiya lideri əlavə edib ki, ölkəsi bərabərhüquqlu və qarşılıqlı sərfəli əsaslarla ABŞ-la əlaqələrin inkişafına hazırdır.

“Bu, yalnız iki ölkənin xalqlarına deyil, həm də bütün dünyaya lazımdır. Biz ən böyük nüvə dövlətləri olaraq dünyada strateji sabitlik və təhlükəsizliyin təminatı üçün xüsusi məsuliyyət daşıyırıq”, - prezident vurğulayıb.

Комментарии (0)

Оставить комментарий